16 avqustda “Eurovision 2012” təmsilçimiz Səbinə Babayeva kubalı müğənni Roberto Kel Torreslə birgə konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, “Historia de Un Amor” adlanan konsert proqramı “Jumeirah Bilgah Beach Hotel”in “Equinox Beach Club”da baş tutacaq.
Qeyd edək ki, kubalı müğənni Roberto Kel Torres Ukraynanın Yurmala şəhərində keçirilən “Yeni Dalğa 2013”ün qalibidir.
Aytən Sadıqzadə
www.oxu.az