Paytaxtın Xətai rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı xanım sürücünün idarə etdiyi “Seat” markalı avtomaşın yoldan çıxıb.
Maşın əvvəlcə Təhlükəsiz Şəhər Kamerasının dirəyinə çırpılıb. Sürət yüksək olduğundan avtomobil daha sonra aşıb. Qəza zamanı maşında olan iki sərnişin yüngül xəsarət alıb.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar xanım sürücünü polis idarəsinə dəvət ediblər. Yararsız hala düşən avtomobil isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.