Müğənni Şəbnəm Tapdıq Bakıdan köçür.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Şirin çay” verilişində deyib. O, Rusiyada səsinin çox bəyənildiyini bildirib:
“Heç vaxt “mənəm-mənəm” demirəm. Amma mən oxumağı bacarıram. İfa etdiyim mahnılar Moskvada ayaqüstə alqışlanır. Onları demədikcə, efirlərə vermədikcə, indiki müğənnilər ayağa qalxır, üstümə gəlir. Uğurlarımı deyəcəm. Fransız dilində oxuduğum mahnılar Rusiyada çox bəyənilir.
Orada yaşamağı planlaşdırıram. Qarşıda gözəl planlarım var. Mənim paxıllığımı çəkirlər, qarabaqara izləyirlər. Amma başa düşmürəm, məndən nə istəyirlər. Sosial şəbəkədə mahnılarımın altından yazılan xoş sözləri silirlər. Həqiqi istedadların paxılları olur, onlar həmişə tənha qalır”.