Çeçenistan Respublikasında təşkil edilən konsertlərdən birində rəqqas səhnədə rəqs edən zaman dünyasını dəyişib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, müğənni Liza Ahmatova mahnı oxuyarkən, 48 yaşlı rəqqas səhnədə “Şeyx Şamil” rəqsini ifa edən vaxt qəfil yerə yıxılıb. Tamaşaçılar əvvəlcə bunun performansın bir hissəsi olduğunu düşünüblər. Ancaq bir müddət rəqqasın hərəkət etmədiyini görən yaradıcı heyət hadisə yerinə tibbi yardım qrupu çağırıb. Həkimlər rəqqasın vəfat etdiyini bildirib.
Aytən Sadıqzadə
www.oxu.az