Xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova “5/5” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, müğənni gizli ailə qurduğunu söyləyib:
“Mənə deyilən nəsihətlərdən nəticə çıxardım. Ailə qurdum. Oğlum dünyaya gəlib, artıq bir aylıqdır. Adını Rəfael qoymuşuq. Övladımla reklam olunmaq istəmirəm. Ailə məni çox dəyişdirdi”.
Qeyd edək ki, ifaçı bundan əvvəl türkiyəli Səlçuq Gökgöz ilə ailəli olub. Cütlük 2011-ci ildə ayrılıb. S.Gökgöz Səidədən ayrıldıqdan sonra ukraynalı xanımla ailə qurub.
Səidə Dadaşova gizli ailə qurub – VİDEO