Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan az səs toplayaraq ötən gün “Maşın” realiti şounu tərk edib.
Oxu.Az xəbər verir ki, ifaçı verilişdə rejissor Aqil M.Quliyevlə arasında yaranan gərginlik barəsində yazıb.
“Məni aktrisa kimi görən Aqil M.Quliyev sətiraltı söz atır. Get, öz yaşayışından, dələduzluğundan danış. Camaat çörəyi qulağına yemir. Görün, mən təkbaşıma bir neçə iştirakçı ilə necə mübarizə apardım. Onlar məni, yəqin, zərif cinsin nümayəndəsi kimi yox, kişi kimi görürdülər”, - deyə o, sosial şəbəkədə qeyd edib.
Xatırladaq ki, dünən şouda səsverməyə çıxan S.Sultan Aqil M.Quliyevi verilişdən uzaqlaşdırmaq istədiyini söyləyib. Sonda az səs toplayan ifaçı özü yarışmanı tərk etməli olub.
A.S.
www.oxu.az