Xalq artisti Məleykə Əsədovanın “Kişi manikür-pedikür etdirməlidir” ifadəsi mətbuatı əməlli-başlı zəbt edib.
Oxu.Az xəbər verir ki, müğənni Səidə Sultan da bu mövzuda öz fikrini bildirib. Amma xalq artistinin həmin sözlərini dəstəkləməyib.
Xəzər telekanalında yayımlanan “Bizim gün” verilişində qonaq olan Səidə Sultan sözügedən mövzuya belə münasibət bildirib:
“Kişi manikür edə bilər. Amma pedikürü kişiyə yaraşdırmıram. Özünə bu cür baxan, botoks edən kişilərə mən “kişicik” deyirəm. Bəzənmək, manikür-pedikür etmək qadına, idman isə kişiyə yaraşar”.
Aytən Sadıqzadə
www.oxu.az