Sonuncu dəfə “Badminton” klipi ilə gündəmə gələn gənc müğənni Səmra Rəhimlinin sevgilisinin kim olduğu məlum olub.
Oxu.Az publika.az-a istinadən xəbər verir ki, ifaçının eşq yaşadığı oğlan, klipdəki partnyoru, tanınmış fitness-model Fövqi Əfəndidir.
İddialara görə, bundan öncə “Miss & Mister Azerbaijan - 2016” müsabiqəsində “II Vice Miss Azerbaijan” seçilən model Günel Məmmədova ilə eşq yaşayan fitness-model Səmra Rəhimli ilə tanış olduqdan sonra sevgilisi ilə ayrılıb.
Mənbə Səmra və Fövqinin idman zalında tanış olduqlarını, bir müddət sonra münasibətlərinin ciddiləşdiyini bildirib.
Fövqinin “Badminton” klipinə çəkilməsi isə məhz bu tanışlıqdan sonra baş tutub.
Qeyd edək ki, “Badminton” klipinin təqdimatı zamanı Səmranın anası və prodüseri İlahə xanım Fövqinin Səmra ilə dost olduğunu, idmançının üz quruluşunu çox bəyəndiyi üçün ekran işinə çəkilməyə seçdiyini bildirib.
A.S.
www.oxu.az