61-ci Avroviziya Mahnı Müsabiqəsində “Miracle” mahnısı ilə Azərbaycanı təmsil etmiş Səmra Rəhimlinin yeni klipinin plagiat olduğu iddia olunur.
Oxu.Az-ın BAKU.WS-yə istinadla məlumat verir ki, iddiaya görə, S.Rəhimlinin “Badminton” adlı mahnısı rusiyalı müğənni Byankanın “Sexy Frau” adlı mahnısından götürülüb.
Avroviziya təmsilçimiz ötən həftə yeni mahnısına klip də çəkdirib. Azərbaycanlı müğənninin yeni mahnısının klipinin də plagiat olduğu deyilir. Bu mövzu sosial şəbəkədə müzakirələrə səbəb olub.
A.S.
www.oxu.az