Azərbaycanı “Eurovision-2016” Mahnı Müsabiqəsində təmsil edəcəyi deyilən Səmra Rəhimlinin iştirakı bir paylaşım ilə təsdiqlənib.
Oxu.Az Türkiyənin eschalley.com saytına istinadla xəbər verir ki, 2010, 2011 və 2012-ci illərdə Azərbaycanın “Eurovision” mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunu paylaşıb.
Ukraynada çəkilən foto bir neçə saat sonra Sandranın səhifəsindən silinib.
Saytda qeyd olunur ki, Səmra Rəhimli “Eurovision”da “Miracle” adlı mahnı ilə çıxış edəcək.
Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.
Onu da bildirək ki, Azərbaycan təmsilçisinin adı rəsmi olaraq 14 mart tarixində açıqlanacaq.
