MSS (Mərkəzi Sinir Sistemi) xəstəsi olan türkiyəli müğənni Serdar Ortaç həmkarı Hande Yenerlə birlikdə müalicə məqsədi ilə Braziliyaya gedə bilər.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Serdar Ortaçla duet hazırlayan Yener bunları deyib:
“Serdarın enerjisi gözəldir. Bu layihəni hazırlamağımız onun sağlamlığına müsbət təsir edir. Birdən özünü yaxşı hiss edir, birdən də ağrıları olur, amma ümumiyyətlə səhhəti yaxşdır.
Mən şəfa verən bir insan tapmışam, bioenerjisi çox olan insanlara inanıram. Klip çəkilişi bitdikdən sonra ola bilsin ki, bir həftəlik Braziliyaya getdik. Serdar mənə bu mövzuda inanır və şəfa verən o insanın videosunu da görüb”.
Aytən Sadıqzadə
www.oxu.az