“Maşın” realiti şousunun növbəti buraxılışında aktyor, rejissor Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında yenidən qalmaqal baş verib.
Oxu.Az xəbər verir ki, S.Kərəmoğlu studiyaya kəndir gətirərək T.Qumral barəsində “Məni avtomobilin təkərinə bağlayıb sürümək istəyir. Bu da kəndir, sürüyə bilirsə, sürüsün. Hotelin bütün otaqlarının qapılarını pusur. Dünən Aqilin otağındayıq, qapını açan kimi Təranənin “başı çıxdı” cümlələrini söyləyib.
Təranə Qumral isə aktyora cavabında “O kəndiri Sərxana verin, bəlkə, əsəbiləşib özünü asacaq. Axşam dəhlizdən keçəndə adımı eşitdim, bir addım saxladım. Suyun səsini açıq qoymuşdular ki, heç nə eşidilməsin” deyib.
A.S.
www.oxu.az