Xəbər verdiyimiz kimi, “Maşın” realiti şousunun ötən gün yayımlanan buraxılışında tamaşaçı səsverməsinə çıxan jurnalist Vüqar Vüqarlı oyundan aktyor, rejissor Sərxan Kərəmoğlunu uzaqlaşdıracağını söyləyib.
Oxu.Az xəbər verir ki, müğənni Təranə Qumral isə Sərxan Kərəmoğlu barəsində “Bu gün ya Vüqar Sərxanı çıxaracaq, ya da mən onu sabah oyundan uzaqlaşdıracağam” deyib.
“Təranə xanımın başına ona görə çox hadisələr gəlir ki, Günəşi qayğanaq kimi görür”, - deyə S.Kərəmoğlu ifaçıya cavab verib.
T.Qumral bu ifadələrdən əsəbiləşərək “Başıma heç bir hadisə gəlməyib. Həyatı qayğanaq kimi görən sənsən. Orada “qatıqlama” deyib.
Sonda isə şounu az səs topladığı üçün Vüqar Vüqarlı tərk edib.
A.S.
www.oxu.az