Bu il Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynov Türkiyədə sərxoş halda görüntülənib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, model Sənəm Kuyucuoğlu ilə birlikdə barların birində içkili vəziyyətdə kameralara tuş gəlib.
Cütlük onları çəkən jurnalistləri görən kimi söyüş söyməyə başlayıb.
Bu hərəkətlərinə görə bardan qovulan məşhurlar qəhqəhə çəkərək küçəyə çıxıblar. Elnur Hüseynov isə jurnalistlərə “sərxoşam, məni çəkməyin” deyib.
Aytən Sadıqzadə
www.oxu.az