“Səs Azərbaycan” layihəsinin “Görmədən dinləmə” epizodunun ilk premyerası baş tutacaq.
Oxu.Az xəbər verir ki, birinci epizodda 11 iştirakçı çıxış edəcək.
Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze əfsanəvi qırmızı kürsülərdə yer alaraq layihənin ən yaxşı səsi uğrunda mübarizə aparacaqlar.
Hər münsifin komandasında 14 iştirakçı yarışa bilər.
“Səs Azərbaycan” noyabrın 13-də saat 22.00-da “AzTv” kanalında yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az