“Səs Azərbaycan” layihəsinin sosial şəbəkə səhifələrində son günlərdə yerləşdirilmiş foto və video materiallar əsasında, biz ilin əsas TV layihəsinin səhnəsi ilə bir qədər də olsa tanış ola bilərik.
Oxu.Az xəbər verir ki, əfsanəvi münsiflər kürsülərinin ölçüləri həm Rusiya (“Qolos”), həm də Türkiyə analoqlarından (“O Ses Türkiye”) daha geniş görünür.
Ağ seçim düyməsi isə layihənin standart formatına əsasən yenilik sayıla bilər.

Şəkildə klassik “The Voice” loqosunu görürük - mikrofon tutan nəhəng əl səhnənin üzərindən yüksəlir.

Layihənin mətbuat xidmətinin məlumatına görə, şounun ilk “Gözübağlı dinləmələr” buraxılışının premyerası noyabrın birinci yarısında Azərbaycan Dövlət Televiziyasının efirində gözlənilir.

“Səs Azərbaycan”ın münsif kürsüsündə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana əyləşəcək.
Aytən Sadıqzadə
www.oxu.az