Bir neçə gün əvvəl mətbuatda ölkənin əsas şousu olan “Səs Azərbaycan” layihəsinin mətbuat xidmətinə əsasən məlumat verilmişdi ki, iştirakçılardan biri olan Samirə Əfəndiyeva digər rəqiblərini arasında ən çox səs toplayaraq finala keçib.
Sonra verilən məlumata görə, bu xəbər müəyyən qədər həqiqəti əks etdirmir. Qeyd edilir ki, Samirə yarımfinal mərhələsində yox, layihə ərzində Tünzalə Ağayevanın komandasından olan iştirakçılar arasında ən çox səs toplayan ifaçı olub.

Layihənin mətbuat xidmətinin hazırkı rəsmi məlumatına əsasən, yarımfinal mərhələsində iştirakçıların ən çox səs toplama göstəricisi aşağıdakı kimidir:
1. Hüseyn Abdullayev
Bu siyahı eyni zamanda layihənin səsverməsini həyata keçirən Kontent-Provayder tərəfindən də təsdiqlənib.
Göründüyü kimi, yarımfinal mərhələsində ən çox səs Faiq Ağayevin komandasının iştirakçısı olan Hüseyn Abdullayevə verilib.
Əlbəttə, bu göstəricilər yarımfinal mərhələsinin nəticəsinə heç bir təsir göstərmir. İndi 4 finalçıdan kimin qalib olacağını yalnız televiziya tamaşaçıları müəyyənləşdirəcək.
“Səs Azərbaycan” layihəsinin gözlənilən superfinalı 5 mart, saat 22:00-da Azərbaycan Televiziyasının canlı yayımında olacaq.