Noyabrın 8-i və 9-da Bakıda özbəkistanlı müğənni Sevara Nazarxanın konserti planlaşdırılır.
Oxu.Az xəbər verir ki, Sevara oxuculara məşhur “Səs” yarışmasından yaxşı tanışdır. Müğənninin ikigünlük konserti Beynəlxalq Muğam mərkəzində baş tutacaq.
Xatırladaq ki, Sevara 2004-cü ildə “World Music Award” məşhur musiqi mükafatı çərçivəsində “Best Asian Artist” adına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az