Əməkdar artist Sevda Ələkbərzadə yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Viranə” adlanan bəstənin musiqisi Cəmilə, sözləri isə Zeynə məxsusdur.
Ekran işinin rejissorluğu Fərhad Əliyə həvalə olunub.
Klipdə mahnının adına uyğun olaraq viranə qalmış evdən görüntülər yer alıb. Sevdanın yeni işi “YouTube”də yayımlanıb.