Xəbər verdiyimiz kimi müğənni Röya Ayxan Avropa Oyunlarına dəstək üçün keçirilən “Baku 2015 Basketball Challenge”ə qoşularaq topu atdıqdan sonra estafeti müğənnilər Günay İbrahimli, Sevda Yahyayeva və Soner Sarıkabadayıya ötürmüşdü.
Oxu.Az xəbər verir ki, Röyanın çağırışını qəbul edən Sevda Yahyayeva estafeti həmkarı Zamiq Hüseynov, aparıcı Afaq Gəncəli və aktyor Elşən Orucova ötürüb.