Müğənni Röya Ayxan Avropa Oyunlarına dəstək üçün keçirilən “Baku 2015 Basketball Challenge”ə qoşulub.
Oxu.Az xəbər verir ki, Röya topu atdıqdan sonra estafeti müğənni Günay İbrahimli, Sevda Yahyayeva və türkiyəli müğənni-bəstəkar Soner Sarıkabadayıya ötürüb.
Qeyd edək ki, Röya ilə yanaşı “challenge”ə əməkdar artist Tünzalə Ağayeva, müğənni Miri Yusif, aparıcı İlkin Həsəni və Hacı Nuran da qoşulub.