Gəncədə Gürcüstan vətəndaşları oğurluq ediblər.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10 000 ABŞ dolları, 10 000 manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlamış Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulublar.