Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sevil və Sevinc: Kişinin xəyanət etməsi normaldır – FOTO + VİDEO
Müğənnilər Sevil və Sevinc bacıları mətbuat konfransı keçirib.
Oxu.Az xəbər verir ki, “Dərdin nədir?” adlı mahnını ekranlaşdırıblar.
Mahnının söz və musiqisi Vasif Əzimova məxsusdur. Ekran işində Vasif Azimov, aktrisalar Asya Atakişiyeva və Nərgiz Əliyeva rol alıb.
Təqdimatda bir sıra media nümayəndələri, o cümlədən, bir neçə ildir Səfərovaların qadağada olduğu ATV kanalı da olub.
Xəyanət mövzusunda çəkilən ekran işindən danışan bacılar media nümayəndələrinin suallarını cavablandırıb. Onlar Sevgililər günündə xəyanət mövzulu klip təqdim etmələrinin səbəbini belə izah ediblər:
“Bu aralar bayrama görə bütün sevgililər küsürlər. Cütlüklərə müraciət edirik ki, belə etməyin. Fikirləşirəm ki, ümumiyyətlə, sevginin günü yoxdur. Əgər yanında olan insan səni varlığı ilə xoşbəxt edirsə, bu günü gözləmək lazım deyil. Səbəbsiz olan hər şey üzdə təbəssüm yaradır”.
Onlar kliplə bağlı danışarkən maraqlı etiraf da ediblər:
“Müasir dövrdə aktual olan bir problemdir. Klipdə bəyin iki rəfiqə ilə eşq yaşamasını, xəyanət etməsini işıqlandırmağa çalışmışıq. Bütün xanımlar bizi yaxşı başa düşəcək.
Ümumiyyətlə, dövrümüzdə xanımlar az xəyanət edir. Bunun səbəbi, bəlkə də, mentalitetlə bağlıdır. Səmimi deyək ki, heç vaxt kişi xəyanətinə pis baxmamışıq. Əlehinə də deyilik. Niyə də pis baxmalıyıq ki? Kişidir, xəyanət etməlidir.
Sadəcə, ağıllı kişi heç vaxt bunu büruzə verməz. Bu, dədə-babadan qalmış bir şeydir. Edirdilər, sadəcə, çalışırdılar ki, xanımlarından gizlətsinlər. Ona görə də boşanmaların sayı az idi”.
“Xəzər” TV-dən ayrılmaları bağlı gəzən söz-söhbətlərə isə bacılar belə aydınlıq gətirib:
“Tolikin gözəl bəxti var, tam səmimi deyirəm. Dörd il ərzində yayımlanan və baxımlı olan bir veriliş ona həvalə olundu. Aparıcılığı kənaraq qoyaq. O, layihənin rəhbəri oldu. Verilişi istədiyi kimi idarə edə bilir.
Gözləyirdik ki, öz övladımız olan proqramı yaxın bir insana təhvil verək. Tolikə etibar edirik, hər kəs yaxşı bilir. Doğma insanımıza doğma yerimizi qoyub getmişik. Bizim aramızı heç kəs vurmayıb, ortada problem yoxdur.
Biz istəyirik ki, peşəmizlə rahat məşğul olaq. Konsertimiz olacaq, ora ciddi hazırlaşmalıyıq. İşimizi mükəmməl görmək üçün seçimimizi etdik”.
Sevil və Sevinc bildirib ki, Əməkdar artist Tünzalə Ağayevanın eks-əri Rəhman Əliyevlə mübahisə ediblər:
“Dünən Tünzalə Ağayevanın eks-həyat yoldaşı Rəhman müəllimlə mübahisə etmişik. Cəm şəklində danışaraq müğənnilərin pis yolla pul qazanmağından danışdı. Bu tipli açıqlamalardan sonra tamaşaçılarda fikir formalaşır.
Onlar elə bilirlər ki, müğənnilərin hamısı belədir və ailə həyatı qura bilməzlər. Müğənniləri də qınayıram. Deyirlər ki, mən bahalı qadınam. Bu, nə fikirdir? Artıq ailə üzvlərimiz arasında narahatlıq yaranır. İnamsızlıq meydana gəlir”.
Foto: Ehtiram Jabi
Pərviz Hüseyn
www.oxu.az
Rəylər