Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sevinc Əliyeva: Ərim mənə şillə, qapaz, təpik də vurub
“Öz aramızda” verilişinin qonağı olan aktrisa Sevinc Əliyeva ilk həyat yoldaşından ayrılmasının əsl səbəbini açıqlayıb.
Oxu.Az Gecce.az-a istinadla xəbər verir ki, aktrisa əri tərəfindən zorakılığa məruz qaldığını söyləyib:
“Mən bir şilləyə görə evdən getmişəm, ayrılmışam. Evin tək övladı olmuşam, atam-anam məni naz-nemət içində böyüdüb. Şillə də, qapaz da, təpik də mənə dəyib. Onu qohumları öyrədib üstümə salırdılar. Onun bir şilləsinə görə ailəmi dağıtdım. Niyə, nəyə görə vurmalıdır axı?! Kim razı olar onun qızını sabah kimsə döysün? Döyülmüşəm, ayrılmışam. Mən valideynlərimdən güldən ağır söz eşitməmişəm”.
Rəylər