Türkiyəli aktyor Sezer İnanoğlu həbs olunub.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun evində axtarış zamanı 2007-ci il istehsalı olan uzun lüləli silah və narkotik maddə aşkar olunub. Əməliyyat zamanı polis əməkdaşları ilə aktyor arasında qarşıdurma yaşanıb.
Beykoz Ədliyyəsi aktyora 5 il, 10 ay həbs cəzası kəsib.
Qeyd edək ki, Sezer İnanoğlu uşaq yaşlarında “Sezercik” adı ilə müxtəlif filmlərdə rol alıb.