Türkiyəli müğənni Sibel Can Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, ifaçı şəhərin görüntüsünü videoya çəkərək İnstaqram hesabında paylaşıb.
Sibel Can sosial şəbəkədə “Musiqinin qəlbinin döyündüyü yer – Azərbaycan. Konsertimə bütün sənətsevərləri gözləyirəm” şərhini yazıb.
Müğənni bu gün saat 20.00-da paytaxtın yeni istifadəyə veriləcək məkanlarından birinin açılışını edərək konsert proqramı ilə çıxış edəcək.