Azərbaycanlı gənc müğənni Sima Qasımova Facebook-da yazdığı statusu silməyə məcbur olub.
Oxu.Az Showlife.Az-a istinadən xəbər verir ki, müğənni Azərbaycan şou-biznesi haqqında olduqca sərt status yazıb.
Statusda qeyd olunub ki, “bu gün sənətdə irəli getmək üçün hansısa yaşlı kişinin yatağına girmək lazımdır”.
Müğənninin bu statusu sosial şəbəkədə rəğbətlə qarşılansa da, Sima sonradan statusunu silib.
Onun hansı səbəbdən belə addım atdığı bilinmir.