Bakı bulvarının ərazisində internetdən Wi-Fi vasitəsi ilə istifadə təmin ediləcək.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Sahilyanı Milli Parkın İdarəsindən veriblər.
Hal-hazırda bulvar ərazisində müvafiq avadanlığın quraşdırılması işləri gedir.
“Martda quraşdırma işləri sona çatacaq. Pulsuz Wi-Fi xidmətin əsas məqsədi istirahət edən şəhər sakinlərinə, eləcə də qonaqlara keyfiyyətli xidmətin göstərilməsidir. Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərin fonunda bu məsələnin aktuallığı bir qədər kəskinləşir” – deyə, idarədən bildiriblər.