“İşte benim stilim all star”ın azərbaycanlı iştirakçısı Sima Şərafətdinova xəstəxanalıq olub.
Oxu.Az-ın qafqazinfo.az -a istinadla məlumatına görə, azərbaycanlı iştirakçı xəstəxanada çəkilən fotonu sosial şəbəkədə paylaşıb.
Sima açıqlamasında çəkiliş zamanı halının anidən pisləşdiyini bildirib:
“Yarışmanın çəkilişi zamanı halım pisləşdi, hərarətim artdı, mədəm də problem yarandı. Az qala ürəyim gedirdi. İndi normalam, bir azdan çəkilişə davam edəcəm”.
