Reper Snoop Dogg rejissor İlaya Rotun "Don"t Go in That House, Bitch!" adlı qorxu filmində baş rolu oynayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" jurnalı rejissorun sözlərinə istinadən məlumat yayıb.
Snoop Dogg əvvəlcə filmin musiqi prodüseri elan edilmişdi, lakin indi onun filmdə əsas rolu oynayacağı da məlum olub.
Snoop Doggdan başqa hansı aktyorların layihədə rol alacağı hələ də bəlli deyil. Çəkilişlərin iyun ayında başlaması gözlənilir.