Türkiyəli bəstəkar-müğənni Soner Sarıkabadayının Bakı konserti barəsində məlumat vermişdik.
Oxu.Az “10lar” verilişinə istinadla xəbər verir ki, məşhur Azərbaycan haqqında təəssüratlarını dilə gətirib:
“Bakıya ikinci gəlişimdir. İlk dəfə iki il əvvəl gəlmişdim. Azərbaycan xalqına çox böyük hörmətim var. Ümid edirəm ki, bu hisslərimi sizə çatdıra bilirəm. Azərbaycanlı ifaçılardan Röyanı çox sevirəm. Onunla işbirliyimiz olub. Gələcəkdə birgə işlərimiz davam edəcək”.
Bəstəkar-müğənni şəxsi həyatı ilə bağlı gizli məqamlara da toxunub. Belə ki, o meneceri Duyğu Özgenlə aralarında olan sevgi münasibətlərindən söz açıb:
“Bəli, onunla eşq yaşamışıq. Amma artıq hər şey bitib. Lakin mən ata olmağı çox istəyirəm. Uşaqları sevirəm”.
Aytən Sadıqzadə
www.oxu.az