Uşaqlığı səfalət içərisində keçib. Sonra bir gözəllik yarışması, ardınca isə 15 yaşında çəkiliş meydançasında qarşılaşdığı film prodüseri Carlo Pontiyə aşiq olub.
Oxu.Az xəbər verir ki, Sophia Lorenin əsl adı Sofia Villanı Scicolonedir.
O dövrdə İtaliyada qadağan olunan boşanma səbəbiylə Ponti və Sophia ancaq 7 il sonra evlənə bilirlər.
Carlo Ponti həyat yoldaşından ayrılaraq Sophia Loren ilə Meksikada evlənir.
Sophia Loren və Carlo Ponti 50 il evli olublar. Evlilikləri Carlo Pontinin ölümünə qədər davam edib.
Loren ərini o qədər sevirdi ki, o, öldükdən sonra yenidən ərə gedəcəyini soruşanlara, bir daha bir insanı o qədər sevməyəcəyini və əsla ərə getməyəcəyini söyləyirdi.
Ponti və Loren 1957-ci ildə evlənən zaman Ponti ona “Dünyadakı ən gözəl evə” sahib olmağı vəd etmişdi.
Ponti sözünün üstündə durur və onlar 16-cı əsrdən qalma geniş ərazini əhatə edən, 50 otaqlı evi olan villaya yerləşirlər.
1964-ci ilin yaz aylarında “LIFE” dərgisinin fotoqrafı Alfred Eisenstaedt Sophia Lorenin Romadakı möhtəşəm villasında qonaq olur.
Sophia bu villada Carlo Ponti ilə birlikdə yaşayırdı.
Fotoqraf Eisenstaedt film ulduzu Sophianın dəbdəbəli həyatına aid bir sıra fotolar lentə alır.
Aytən Sadıqzadə