Bakıda avtomobil təmiri servisinin ərazisində yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində “Lexus” markalı minik avtomobilinin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkəri yanıb.
Yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb.
Avtoservisin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az