Azərbaycanlı aktrisa Pərvin Abıyevanın Türkiyənin Hurriyet nəşrinə müsahibəsi sosial şəbəkələrdə və yerli KİV-də birmənalı qarşılanmayıb.
Oxu.Az-ın xəbərinə görə, P. Abıyeva müsahibəsində ona yeni klipində çəkilməyə dəvət edən müğənni Rafet El-Romandan danışaraq, türkiyəli məşhurları romantik adlandırıb və azərbaycanlı kişilərin onlardan fərqləndiyini bildirib:
“Onlar daha kobud və köhnə fikirlərlə yaşayırlar, türkiyəli kişilər kimi romantik deyillər”.
Aktrisanın bu sözləri Azərbaycan KİV və sosial şəbəkələrdə rezonans doğurub. Yerli istifadəçiləri Pərvin Abıyevanı sərt tənqid ediblər.
Onlara cavab olaraq P.Abıyeva Instagram hesabında belə bir müraciət yerləşdirib:
“Nədir, yenə nə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı eləmişəm. Nə gözləyirdiz, yalan deyim ki, yaxşısız? Tərbiyəsiz yazılar, söyüşlər, təhqirlər ancaq bizim oğlanlardan çıxır. Gördüyüm tək şey bizim kişilərin qadınlara sevgi göstərməməsidir. Söydüyünüz söyüşlər də əzizlərinizə getsin”.
S.B.
www.oxu.az