“Space” televiziyasının tanınmış aparıcısı, əməkdar artist Əkbər Əlizadə adıçəkilən kanalda tutduğu vəzifədən uzaqlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.Az-a açıqlamasında Ə.Əlizadə özü deyib.
Kanaldan ayrılmasının səbəblərindən danışan Ə.Əlizadənin sözlərinə görə, “Space”in “Səhər” departamentinin rəhbəri Kəmalə Xəlilovanın qeyri-peşəkarlığı onun fəaliyyətinə əngəl törədirmiş:
“Səhər” departamentinin və “Həyat davam edir” verilişininin aparıcısı Kamalə Xəlilova mədəniyyət və incəsənət aləmindən bixəbər, qeyri-peşəkar olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. İyulun 5-də verilişin canlı yayımında redaktorla kəskin mübahisədən sonra efirin sonunda heç kəsə heç nə demədən tamaşaçılarla sağollaşıb, efirdən uzaqlaşmağa qərar verdim”.
Ə.Əlizadənin sözlərinə görə, kanalda öz istəyi ilə ayrılıb, onu heç kim qovmayıb:
“Bu mənim addımım idi. “Space” rəhbərliyindən bir incikliyim yoxdur. “Hicran” tamaşasında belə bir epizod var: “Şahlıq quşu özü sənin (Kamalə xanım nəzərdə tutulur) başına qonmuşdu. Mənim kimi zərin qədrini bilmədi”.