Bu gün təmir işləri ilə əlaqədar Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq.
Oxu.Az Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar bu gün 8 iyul tarixdə saat 10:00-dan “Goranboy” və “Borsunlu” Qazpaylayıcı stansiyalarından Goranboy rayonu və Naftalan şəhərinə gedən orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Goranboy rayonu və Naftalan şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.