Bir neçə gün bundan öncə qəzaya düşən “Space” telekanalının aparıcısı Seva Camalova hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
Aparıcının Oxu.Az-a bildirdiyinə görə, keçirdiyi qəza ilə bağlı xəbərlərin yayılmasını heç istəməzdi.
Seva Camalova qeyd edib ki, hazırda vəziyyəti yaxşıdır. Aparıcının baş nahiyəsinə tikiş düşməsinə baxmayaraq o, efirə çıxır.
Xanım aparıcı bildirib ki, baş nahiyəsində olan dörd tikişin yarısı artıq sökülüb:
“Tezliklə tam düzələcəm”.
10:55
Space-in aparıcısı Seva Camalova rəfiqəsi ilə birgə avtomobil qəzası keçirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə teleaparıcının rəfiqəsinin idarə etdiyi avtomobil yol kənarındakı qayaya çırpılıb.
Hadisə nəticəsində teleaparıcı və rəfiqəsi müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, Seva Camalovanın baş nahiyəsinə 4 tikiş vurulub.
Hazırda xanım aparıcının vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Seva Camalova “Space” telekanalında “Azərlotereya” ASC-nin təşkil etdiyi “Azərlotereya” verilişinin aparıcısıdır.