Durmadan öz üzərində çalışan cazibəli müğənni Könül Şıxəliyeva yeni lirik mahnı yazdırıb.
Oxu.Az xəbər verir ki, onun yeni ifa etdiyi mahnının bəstəsi bəstəkar Elvin Musayevə aiddir:
“Yeni lirik bir mahnı yazdırdım. Sözləri Altay Yaşara, musiqisi isə Elvin Musayevə məxsusdur. Yeni mahnımın adı “Ayrılığı istədin”dir. İnanıram ki, musiqi sevənlərin də xoşuna gələcək. Sevgilisindən ayrılanlara həsr olunub. Amma onu da deyim ki, Allah kimsəyə ayrılıq qismət etməsin. Hamı kimi mən də ayrılıq yaşamışam, onun necə acı olduğunu bilirəm”.
Xatırladaq ki, bir müddət öncə K.Şıxəliyeva mahnılarının işıq üzü görməsi üçün sponsor axtarışında idi.