Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Stilist Anar işdən çıxarılan sürücünü müdafiə etdi: “O mədəniyyətsiz qadın...” - VİDEO
Məşhur stilist Anar Ağakişiyev ötən gün Sumqayıt avtobusunda baş verən davaya münasibət bildirib.
Oxu.Az xəbər verir ki, stilist bununla bağlı sosial şəbəkə hesabında video paylaşaraq “Bakı Nəqliyyat Agentliyi” müraciət ünvanlayıb.
Anar sürücünün sərnişin qadını avtobusdan çölə atdığına görə işdən qovulmasına etiraz edib.
Stilist avtobusu idarə edən şəxsin müdafiəsinə qalxıb.
“Üzümü Bakı Nəqliyyat Agentliyinə tutub xahiş edirəm, o sürücünü işdən çıxarmayın. Çünki sürücünün heç bir günahı yoxdur. Sərnişinləri dayanacaq mədəniyyətinə öyrətmək lazımdır. Gözəl dayanacaqlar quraşdırıldı, iki gündən sonra isə orada meyvə-tərəvəz satılmağa başlandı. Əgər dayanacaq yeri varsa, sürücü avtobusu kənarda niyə saxlamalıdır? O mədəniyyətsiz, tərbiyəsiz qadın çanta ilə sürücünü vururdu. Sürücü qadının bu hərəkətinə necə cavab verməli idi ki? Durub baxmalıdır? Çox xahiş edirəm, sürücünü işə geri qaytarın. Həmin sürücü mənim qohumum, nə də ki tanışımdır, heç kimim deyil, amma o niyə işindən olmalıdır? Beş manat çörək qazanmaq üçün küçəyə çıxıb. Niyə çörəyindən olmalıdır? Sərnişinlər nə yolu düzgün keçmək qaydasını bilirlər, nə dayanacaq mədəniyyətini bilirlər, nə də ki dayanacaqdan düzgün istifadə etmək mədəniyyətini bilirlər. Bununla bağlı səviyyəli reklam çəkib, televiziyalarda yayımlayın. Reklamda isə sərnişinlərə izah edin ki, sovet dövrü getdi, “alabaş” avtobusları harada istəyirdilər saxlayırdılar. O dövr getdi. İndi dayanacaq mədəniyyəti və ictimai nəqliyyatdan düzgün istifadə etmək mədəniyyəti var. Əgər mədəniyyətsizlər onu düzgün istifadə edə bilmirlərsə, o yazıq sürücü nə etsin?”, - deyə A.Ağakişiyev videomüraciətində bildirib.
Sözügedən paylaşımı təqdim edirik:
Rəylər