Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Subaylığın son gecəsi “CinemaPlus”da - FOTO/VİDEO
Premium kinoteatr “CinemaPlus Amburan Mall”da Fransa və Belçika istehsalı olan, komediya janrında çəkilən “Subaylığın son gecəsi. Avropa” filminin təqdimatı keçirilib.
Ekran əsəri 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunaraq hazırlanıb.
Dublyajın rejissoru Rövşən Məmmədli, baş prodüseri Cəfər Axundzadə, redaktoru Vüqar Hüseynov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kazımzadə, icraçı prodüseri Emil Davudzadə, səs rejissoru Azad Vəliyevdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.