Belçika əsilli kanadalı müğənni Lara Fabian Türkiyədə konsert verməyə hazırlaşır.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifaçı 15 oktyabrda Zorlu Performans Sanatları Mərkəzində musiqisevərlərlə görüşəcək.
Qonaq sənətçi kimi səhnəyə Mustafa Ceceli də çıxacaq.

Konsertdə digər sürprizi isə “Muhteşem yüzyıl” serialındakı Sultan Süleyman obrazı ilə daha da sevilən aktyor Halit Ergenç edəcək.


Əvvələr də simfonik orkestrlə səhnəyə çıxıb konsert verən Halit Ergenç Lara Fabianla səhnədə duet oxuyacaq.

Aytən Sadıqzadə
www.oxu.az