Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Supermodel Cici Hadid yeni məhəbbətini elan etdi
Supermodel Cici Hadid aktyor Bredli Kuper ilə olan məhəbbətini ilk dəfə elan edib.
Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, məşhur model 2023-cü ildən bəri aktyorla münasibətdədir.
C.Hadid onunla dəfələrlə bir yerdə görüntülənmələrinə rəğmən, cütlük indiyə kimi birlikdə fotoşəkil paylaşmamışdı.
C.Hadid ad günündə bu qaydanı pozaraq, aktyorla ilk fotoşəklini paylaşıb. 30 yaşını tamamlayan modelin paylaşımı "Instagram"da bir milyondan çox bəyənmə alıb.
Qeyd edək ki, 2021-ci ildə müğənni Zayn Malikdən ayrılan C.Hadid bir müddət aktyor Leonardo Di Kaprio ilə də sevgili olub.
"Cici Hadid" teqi üzrə xəbərlər
Ən çox oxunanlar