Avstraliyalı supermodel Elle Macpherson İngilis Evening Standar qəzetinə verdiyi müsahibədə çantasında hər zaman bədəninin pH tarazlığını ölçməsinə yarayan sidik testi dəsti daşıdığını söyləyib.
Oxu.Az xəbər verir ki, 52 yaşlı Macpherson "Bədəndəki bir çox narahatlıqların turşuluğun çox olmasından qaynaqlandığını bilirik. Bədənin turşu və toksinlərdən təmizlənmiş halı olan qələvi səviyyəsinə nəzarət etmək çox əhəmiyyətlidir" deyib.
Aytən Sadıqzadə
www.oxu.az