Ötən axşam Türkiyə televiziyasında yayımlanan “Survivor - 2017” yarışmasında “Könüllülər” və “Məşhurlar”ın eyni adada yaşayacaqları günlə əlaqədar birləşmə partisi təşkil olunub.
Oxu.Az xəbər verir ki, proqramda Mustafa və Əminə Sandal, Fatih Terim kimi məşhurlar iştirak edib.
Qaydalara əsasən, hər bir iştirakçı münsiflər heyəti qarşısında özü seçdiyi mahnını ifa etməli olub. Adəm Kılıççı final mərhələsi üçün Azərbaycan xalq mahnısı “Sarı gəlin”i səsləndirib. Onun ifası hər kəsi kövrəldib.
A.S.
www.oxu.az