Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev bazar ertəsi Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən “İnterfaks” məlumat yayıb.
“Bakıda Nikolay Patruşev təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan məsləhətləşməsi keçirəcək”, - Rusiya TŞ-dən bildiriblər.
N.О.
www.oxu.az