Ötən il “Survivor All Star” yarışmasıyla daha da populıyarlaşan model Ece Begüm Yücetan yenidən podiumda addımlayıb.

Oxu.Az xəbər verir ki, 2009-cu ildə “Miss Turkey” finalçısı olan Ece Begüm Yücetan dünən “Mercedes Benz Fashion Week İstanbul” çərçivəsində alt geyimləri nümayişində iştirak edib.

O, adıçəkilən tədbirdən şəklini sosial şəbəkədə paylaşıb.

Qısa müddətdə minlərlə bəyənmə alan fotoya sosial şəbəkə istifadəçiləri tərəfindən “cəsur təqdimatdır”, “bədən quruluşu gözəldir” kimi şərhlər yazılıb.