Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Nigar Bahadırqızının anası bu gün reanimasiyadan palataya köçürülüb.
Bu haqda Oxu.Az-a aktrisanın özü məlumat verdi:
“Şükürlər olsun, anam reanimasiyadan palataya yerləşdirildi. Vəziyyəti çox ağır idi. İnsult keçirmişdi. Həkimlərin dediyinə görə, bir neçə günə ayağa qalxacaq, yenidən danışacaq və normal görə biləcək”.
Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı Ersal Aktar ilə nişanlıdır.
Aytən Sadıqzadə
www.oxu.az