“Güldür, güldür” adlı komediya verilişindəki Eşofmanlı Şevket Hoca obrazı ilə tanınan türkiyəli aktyor Çağlar Çorumlu infarkt keçirib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, reklam çəkilişi zamanı özünü pis hiss edən aktyor üçün tibbi yardım çağırılıb. Müayinə zamanı onun infarkt keçirdiyi məlum olub. Çağlar Çorumlu xəstəxanaya aparılaraq ürəyindən əməliyyat olunub.
Bir neçə gün həkim nəzarətində saxlanılan aktyor evə buraxılıb.
Aytən Sadıqzadə
www.oxu.az