Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tanınmış aktyor orqanlarını bağışladı - FOTO
Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Əhməd Mekin maraqlı addım atıb.
Oxu.Az xəbər verir ki, 87 yaşlı aktyor orqanlarını bağışlayıb.
Səhhətinin yaxşı olduğunu açıqlayan aktyor bu addımı atmaqla peşman olmadığını bildirib.
Aktyor orqanlarını Akdeniz Universitetinin Orqan Transplantasiya Mərkəzinə bağışlayıb. Hətta orqanların bağışlanması ilə bağlı sənədə qol çəkib.
“Öldükdən sonra başqa adamların sevinci və yaşamaq ümidi olduğunu bilmək çox dəyərlidir. Bu missiya müqəddəsdir. Oqran bağışlanması həyatı xilas edir. Ona görə də hər kəsi bu müqəddəs vəzifəni yerinə yetirməyə çağırıram.
Tez-tez mətbuatda sənət insanların belə bir addım atdığını oxuyuram. Türkiyədə və dünyada orqan gözləyənlərin sayı getdikcə artır. İnsan öldüyü zaman lazım bilinən orqanların başqa şəxslərin bədənində yaşamasını bilmək önəmlidir. Bu yöndə hər kəsin maarifləndirilməsi lazımdır”, - deyə Əhməd Mekin qeyd edib.
Qeyd edək ki, 87 yaşlı aktyor kinoya addım atdığı 1956-ci ildən indiyədək təxminən 200 filmdə rol alıb. Əhməd Məkin “Səlvi Boylum Al Yazmalım”, “Ezo Gəlin” və “Çiçək Abbas” filmləri ilə tanınıb.
Sevinc Yasinqızı
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda Azərbaycan vətəndaşında 70 kiloqram qızıl AŞKARLANDI
- Türkiyənin "Kainat gözəli" təmsilçisindən etiraf: "Şəkillərdə proqram müdaxiləsi var idi"
- UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Türkiyədə "Yenidoğan" məhkəməsi: On körpəni qəsdən öldürən tibb işçiləri ilə bağlı hesabat üzə çıxdı
Rəylər