Türkiyəli aktyor Murat Aygen “Bodrum masalı” serialının çəkiliş meydançasında xoşagəlməz hadisə ilə üzləşib. O, gözünə təmas edən kimyəvi maddə səbəbindən 3 gün qaranlıq otaqda yaşamalı olub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, M.Aygen jurnalistlərə müsahibəsində bulanıq gördüyünü açıqlayıb.
“Gözümə 1 həftə əvvəl kimyəvi maddə düşdü. Göz qapağımın içi və altı yandı. 3 gün qaranlıq otaqda yaşamaq məcburiyyətində qaldım. Bir az bulanıq görürəm, amma indi yaxşıyam”, - deyə aktyor bildirib.
Aytən Sadıqzadə
www.oxu.az